"Yuxarı Lars"da son durum necədir?

"Yuxarı Lars"da son durum necədir?

Ermənistana məxsus təxminən 500-ə yaxın yük maşını “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində gözləməkdədir.

ONN media xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib.

Belə ki, təxminən 300 yük maşını Gürcüstan, 200-ü isə Rusiya tərəfdədir.

Qeyd edək ki, yanvarın 21-də Gürcüstandan Rusiyaya gedən hərbi yol əlverişsiz hava şəraiti səbəbindən bağlanıb.

Geri qayıt