Nadir Qafarzadə bir gözündən əməliyyat olundu

Müğənni Nadir Qafarzadə əməliyyat olunub.
ONN media xəbər verir ki, sənətçi bu barədə sənətçi sosial şəbəkə hesabında bildirib.
O görüntülərini paylaşaraq bir gözündən əməliyyat olunduğunu deyib:
"Gözümdən əməliyyat olundum. Artıq bu eynəklərdən qurtuldum. Amma bir həftə diqqətli olmalıyam. Tez-tez damcı dərman tökməliyəm".
Qafarzadə gözünün zəiflik dərəcəsi çox olduğu üçün onu əməliyyat etdirib.