Naxçıvanda dəstək yürüşü keçirilir

Naxçıvanda dəstək yürüşü keçirilir

Bu gün keçirilən prezident seçkiləri ilə bağlı "ekzit-poll"un nəticələri elan olunan andan başlayaraq Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında Prezident İlham Əliyevə dəstək yürüşü keçirilib.

ONN media xəbər verir ki, minlərlə sakin küçə və prospektlərdə avtoyürüşlər təşkil edib, üçrəngli bayraqlarla qələbə şüarları səsləndiriblər.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkisi baş tutub. "Ekzit-poll"arın nəticələrinə görə, seçicilərin yüksək fəallığı ilə keçirilən seçkilərdə İlham Əliyev inamlı qələbə qazanıb.

Geri qayıt