Zelenski onu da işdən çıxartdı

Zelenski onu da işdən çıxartdı

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sergey Şaptala vəzifəsindən azad olunub.

ONN media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində məlumat verib.

“Bu gün Ukraynanın Müdafiə və Təhlükəsizlik Qüvvələrinin komandanlığı və müdafiə naziri Rüstəm Umerovla müşavirə keçirdim. Müşavirələrin nəticələrinə əsasən: birincisi, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini dəyişdim. Baş komandan Aleksandr Sırskinin təklifi ilə general-mayor Anatoli Barxileviçi Baş Qərargaha yeni rəis təyin etdim. Təcrübəli insandır – bu müharibənin vəzifələrini və Ukraynanın məqsədlərini anlayır”, - Zelenski qeyd edib.

Geri qayıt