Qar uçqunu ilə bağlı xəbərdarlıq edildi

Türkiyənin şərqində qar uçqunu gözlənilir.
ONN media xəbər verir ki, Meteorologiya Baş İdarəsi Türkiyənin şərqində yerləşən 14 əyalət üçün uçqun təhlükəsinə görə xəbərdarlıq səviyyəsini “sarı”ya qaldırıb.
Uçqun riskli vilayətlər bunlardır: Ağrı, Rizə, Giresun, Trabzon, Şırnak, İğdır, Artvin, Bitlis, Ərzurum, Hakkari, Qars, Muş, Van, Ərdahan.