Bakıda güclü yanğın baş verib

Bakıda güclü yanğın baş verib

Bakı şəhərinin, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yanğın baş verib.

ONN media xəbər verir ki, hadisə yerinə dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının hər mərtəbəsi 80 m² olan ikimərtəbəli obyektdə baş verdiyi müəyyən edilib.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində obyektdə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1-ci mərtəbədə yerləşən avtoyuma məntəqəsinin yanar konstruksiyaları 40 kv.m. sahədə qismən, 2-ci mərtəbədə fəaliyyət göstərən çay evinin yanar konstruksiyaları 80 kv.m. sahədə yanıb.

Obyektin qalan hissəsi və yaxınlıqda yerləşən yaşayış binası yanğından mühafizə olunub

Geri qayıt