Türkiyəli səfir Xocalı ilə bağlı paylaşım etdi

Türkiyəli səfir Xocalı ilə bağlı paylaşım etdi

Xocalı soyqırımının unudulmasına imkan verməyəcəyik.

ONN media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı X sosial şəbəkəsindəki hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar yazıb.

“Bitməyən ağrı Xocalı soyqırımı, unutmadıq, unutmayacağıq, unudulmasına imkan verməyəcəyik”, - səfir qeyd edib.

Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 32-ci ildönümüdür.

Geri qayıt