Türkiyədə mədən çökdü

Türkiyənin Elazığ vilayətinin Palu rayonunda xrom mədənində çökmə baş verib.
ONN media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Çökmə səhər saat 10:00 radələrində olub. Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) verdiyi açıqlamada çöküntü altında qalan üç nəfərdən birinin çıxarıldığı, ikisinin axtarışının isə davam etdirildiyi qeyd olunub.