Zelenski daha bir generalı işdən çıxardı

Zelenski daha bir generalı işdən çıxardı

Ukrayna prezidenti Vladimir Zelenski Oleq Qulyakı Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təchizat qüvvələrinin komandanı vəzifəsindən azad edib.

ONN media xəbər verir ki, Ukrayna rəhbəri həmin vəzifəyə Vladimir Karpenkonu təyin edib.

General-mayor olan Qulyak 2021-ci ildən logistika qüvvələrinə rəhbərlik edirdi.

Karpenko isə 2021-ci ildən Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının maddi-texniki təminat komandiri vəzifəsini tutub. O, briqada generalı rütbəsinə malikdir.

O, 2022-ci ildə II və III dərəcəli “Boqdan Xmelnitski” ordeni ilə təltif edilib.

Geri qayıt