Türkiyədə də güclü zəlzələ baş verdi

Türkiyədə də güclü zəlzələ baş verdi

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Əlbistan rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, bu gün Qazaxıstan-Qırğızıstan sərhədində 5,4 bal gücündə zəlzələ olub.

Geri qayıt