29 il əvvəl geyindiyi köynək 10 000-ə satıla bilər

Məşhur aktyor Kolin Förtün illər əvvəl geyindiyi ağ rəngli köynəyi hərraca çıxarılır.
ONN media xəbər verir ki, auksion Londonda təşkil ediləcək."Cosprop ve Kerry Taylor Auctions"da alıcılara təqdim ediləcək geyimin qiyməti 7-10 min funtsterlinq (təxminən 15-21 000 AZN) arasında dəyişir.
Köynək 60-dan artıq film və televiziyada istifadə edilən kostyumlarla birlikdə hərraca çıxarılacaq.
Aktyor bu köynəyi 1995-ci ildə lentə alınan "Pride & Prejudice"in çəkilişləri zamanı geyinib. O həmin köynəklə göldə üzüb, daha sonra uzun müddət tarlada gəzib.