Opel yoldan çıxaraq boruya çırpıldı

Opel yoldan çıxaraq boruya çırpıldı

Qazax rayon Daş Salahlı kəndində avtomobil qəzası olub.

ONN media xəbər verir ki, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq su ötürücü boruya çırpılıb.

Qəza nəticəsində, 1969-cu il təvəllüdlü Ş.Əhmədova, 1991-ci il təvəllüdlü M.Süleymanov, 1992-ci il təvəllüdlü Ş.Süleymanova və 2015-ci il təvəllüdlü Z.Pənəhova müxtəlif bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt