Tehranda yaşayış binasında partlayış baş verdi

Tehranda yaşayış binasında partlayış baş verdi

Tehranda köhnə iki mərtəbəli yaşayış binasında güclü partlayış baş verib.

ONN media xəbər verir ki, bu barədə Tehran Yanğın və Təhlükəsizlik Xidmətinin sözçüsü Seyid Cəlal Maliki məlumat yayıb.

O bildirib ki, partlayış köhnə ikimərtəbəli yaşayış binasında olub və ev və ona bitişik yaşayış binasının bir hissəsi dağılıb, nəticədə 9 nəfər yaralanıb, bir nəfər ölüb.

Malikinin sözlərinə görə, hadisə günorta saatlarında, Tehran bazarının cənub hissəsində, Rey küçəsində baş verib.

Hazırda dağıntılar altında qalan şəxslərin axtarışı davam etdirilir.

Geri qayıt