Paytaxtın hansı küçələrində sıxlıq var?

Paytaxtın hansı küçələrində sıxlıq var?

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

3. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

4. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından metronun “Koroğlu” stansiyası istiqamətində (dairəyə qədər);

5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

6. Zərifə Əliyeva küçəsində;

7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

9. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. Qara Qarayev prospekti, metronun “Qara Qarayev” stansiyasından “Koroğlu” stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Geri qayıt