İranda zəlzələ oldu

İranın Kirmanşah vilayətinin İraqla sərhədyanı bölgəsində 4,2 bal gücündə zəlzələ olub.
ONN media xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarəolunması İdarəsi (AFAD) nəlumat yayıb.
Episentri Sərpol-Zəhab şəhərinin yaxınlığında baş verən zəlzələ yerin 10,2 km dərinliyində meydana gəlib.
Dağıntı və tələfat qeydə alınmayıb.