Çinin 10 gəmi və 26 təyyarəsi Tayvana yaxınlaşır- NƏ BAŞ VERİR?

Çinin 10 gəmi və 26 təyyarəsi Tayvana yaxınlaşır- NƏ BAŞ VERİR?

Çin ordusunun 10 gəmisi və 26 təyyarəsinin Tayvana yaxınlaşdığı qeydə alınıb.

ONN media xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 18 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın şimal, cənub-qərb və şərq hissələrində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub:

“Tayvan ordusu hədəfləri izləmək üçün təyyarə, gəmi və yerüstü zenit-raket sistemlərindən istifadə edib”.

Geri qayıt