Pentaqon Rusiya ilə bağlı nəyi etiraf etdi?
“Rusiya ağır buzqıran gəmilərin sayına görə ABŞ-ni kritik dərəcədə üstələyir”.
ONN media xəbər verir ki, bunu ABŞ Senatında keçirilən dinləmələrdə Pentaqonun Şimal Komandanlığının (NORTHCOM) rəhbəri Qreqori Giyo deyib.
Men ştatından olan senator Anqus Kinq generaldan Rusiyaya 40 ağır buzqıran gəmisinə qarşı ABŞ-nin yalnız bir istismara yararlı buzqıran gəmiyə malik olduğu məlumatları təsdiq etməyi istəyib.
“Doğrudur, senator... Bizi kritik dərəcədə üstələyirlər”, - deyə general etiraf edib.
Giyo qeyd edib ki, hətta sifariş edilmiş gəmilər nəzərə alınarsa, ABŞ-nin buzqıran donanması yenə də Rusiyadan ciddi şəkildə geri qalacaq.
“Bu, bizim regionda manevr azadlığımızı məhdudlaşdırır”, - deyə o əlavə edib.
