Teraktda ölənlərin ilkin siyahısı açıqlandı

Teraktda ölənlərin ilkin siyahısı açıqlandı

Moskvadakı “Krokus Siti Holl” kompleksində baş verən terror aktı nəticəsində ölənlərin ilkin siyahısı açıqlanıb.

ONN media xəbər verir ki, siyahını Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb.

Həlak olanlardan 13-nün kimliyi müəyyənləşdirilib və adı siyahıya salınıb.

Siyahıda 1983-cü il təvəllüdlü Vüqar Fuad oğlu Hüseynov adlı azərbaycanlı da var.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı Səfirliyinin məlumatına görə, V.Hüseynovun Rusiya vətəndaşı olduğu ehtimal edilir.

Geri qayıt