Daha bir ölkədə matəm elan olundu

Daha bir ölkədə matəm elan olundu

Serb Respublikası Prezidenti Milorad Dodik Rusiya xalqı ilə həmrəylik əlaməti olaraq martın 24-nün matəm günü elan ediləcəyini açıqlayıb.

ONN media xəbər verir ki, bu barədə o , "X" sosial şəbəkəsində yazıb.

O vurğulayıb ki, bu yolla respublika terror aktı nəticəsində həlak olan rusların xatirəsini ehtiramla yad etmək, eləcə də dost Rusiya xalqı ilə həmrəylik nümayiş etdirmək niyyətindədir

Bundan əvvəl Avropa Parlamentinin (AP) rəhbəri Roberta Metsola Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında törədilən terror aktını pisləyib. O, terror aktı zamanı yaralananların tezliklə sağalmasını arzulayıb, həmçinin, fikirlərinin həlak olanların yaxınlarının yanında olduğunu bildirib

Geri qayıt