Türkiyədə zəlzələ oldu

Türkiyənin Adana vilayətinin Saybəyli rayonunda 3,6 bal gücündə zəlzələ baş verib.
ONN media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Qeyd olunur ki, yeraltı təkanlar yerli vaxtla saat 12:02-də qeydə alınıb və 7,04 km dərinlikdə baş verib. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.