"Qarabağ" yenidən Azərbaycan çempionu oldu

"Qarabağ" yenidən Azərbaycan çempionu oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün çempionu müəyyənləşib.

Buna “Qarabağ” sona səkkiz tur qalmış nail olub.

“Qarabağ” komandası “Kəpəz” üzərində böyükhesablı (6:1) qələbə qazanaraq xallarının sayını 69-a yüksəldib. Bununla da Ağdam təmsilçisi 26 xallıq fərqlə rəqibləri üçün əlçatmaz olub.

Bu, “Qarabağ”ın 11-ci ölkə çempionluğudur.

Qeyd edək ki, turun ilk oyununda "Neftçi" səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. Digər qarşılaşmalar martın 30-31-də keçiriləcək.

Geri qayıt