Ukraynada təbii fəlakət ölümə səbəb oldu

Ukraynada təbii fəlakət ölümə səbəb oldu

Ukraynada toz fırtınası nəticəsində ölənlər və yaralananlar var.

ONN media xəbər verir ki, bu barədə Ukraynanın "Strana" nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

“Ukraynanın Çerniqov vilayətində iki nəfər ölüb. Dnepropetrovsk vilayətində 3 nəfər, Kiyev və Çerniqovda isə 2 nəfər yaralanıb. 63 obyektə ziyan dəyib. 22 yaşayış məntəqəsində elektrik cərəyanı kəsilib”, - məlumatda bildirilib

Geri qayıt