Maştağada mağazadan oğurluq edilib

Maştağada mağazadan oğurluq edilib

Maştağa qəsəbəsində mağazadan soyğunçuluq edilib.

ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinnin Mətbuat Xidmətinin məlumat yayıb. Qeyd edilib ki, aprelin 10-u Maştağa qəsəbəsində mağazaların birindən 1 000 manat dəyərində qızıl-zinət əşyalarının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş F.Hacıyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır

Geri qayıt