Dərnəgüldə yanğın baş verib

Dərnəgüldə yanğın baş verib

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunublar.

Geri qayıt