AFFA bu məşqçini cəzalandırdı

AFFA bu məşqçini cəzalandırdı

“Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, buna mütəxəssisin II Liqada XXII turun “Kür-Araz”a qarşı səfər oyununun 49-cu dəqiqəsində hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.

İntizam Komitəsi Ruslan Hüseynovu 5 oyun cəzalandırıb. “Ağdaş” klubu isə 400 manat cərimə olunub

Geri qayıt