Azərbaycan neftinin qiyməti 84 dolları ötüb

Azərbaycan neftinin qiyməti 84 dolları ötüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

ONN media xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,27 ABŞ dolları, yaxud 0,32% artaraq 84,21 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Geri qayıt