Brokolinin inanılmaz faydaları

Brokolinin inanılmaz faydaları

Qidalanma dəyəri ilə zəngin brokoli aşağı kalorili olması səbəbindən pəhriz süfrələrinin vazkeçilməzləri arasındadır.

ONN media xarici mediaya istinadən xəbər verir ki, brokolinin bir çox faydaları açıqlanıb.

Tərkibindəki sülforafan sayəsində xərçəngə qarşı qorunma təmin etdiyi bilinən brokoli, tərkibindəki sıx liflə də həzm sistemini tənzimləyə bilir. Yüksək səviyyədə K vitamini ehtiva edən brokolinin sümük, saç və dəri sağlamlığı üçün də əhəmiyyətli faydaları var. 

Tərkibində yüksək lif olan brokoli A və C vitaminləri ilə yanaşı kalium, kalsium və dəmirlə zəngin olan sağlam qış tərəvəzidir.

Brokolinin ümumi faydaları aşağıdakılardır:

Tərkibindəki antioksidantlarla hüceyrələrin zədələnməsinin qarşısını almağa kömək edən brokoli iltihabın qarşısını alaraq bütün bədəni qoruyur.

Sağlamlığa saysız-hesabsız faydaları olan brokoli toxluq hissi verdiyi üçün pəhriz siyahılarında da seçim edilə bilər. Kalorisi çox az olan və qida dəyəri ilə zəngin olan brokoli, tərkibindəki lif bolluğu sayəsində uzun müddət toxluq hissi verir.

Tədqiqatlar tünd yaşıl tərəvəzlərin beyin və sinir sisteminin sağlamlığının qorunmasında əhəmiyyətli olduğunu ortaya qoyub. Bir araşdırmaya görə, brokolinin tərkibindəki kaempferol flavonoidi sayəsində beyin zədələnmə sürəti və sinir toxumasının iltihabı riski azalır. Həmçinin sulforafanın beyin funksiyalarını dəstəklədiyi bildirilir.

Vitamin və mineral qaynağı olan brokoli ağız və diş sağlamlığının qorunmasını dəstəkləyir. Bəzi araşdırmalar göstərib ki, bu qidanın xam istehlakı dişlərin daha ağ görünməsinə kömək edir

Geri qayıt