İranda hökumət təcili toplanır

İran hökuməti Rəisinin ölümündən sonra təcili toplantı keçirəcək.
ONN media-nın məlumatına görə, bunu İRNA agentliyi yayıb.
Qeyd edək ki, bir qədər əvvəl yayılan məlumatda İranın vitse-prezidenti Mənsuri İran prezidenti Rəisinin öldüyünü təsdiqləyi deyilirdi. İranda prezident helikopterinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin cəsədlərinin tanınması prosesinə başlanılıb.