Rusiya dəhşətli təlimlərə başladı- NƏ BAŞ VERİR?

Rusiyada qeyri-strateji nüvə silahlarının istifadəyə hazırlanması və tətbiqinin praktik sınaqları ilə müşayiət olunan təlimlərin birinci mərhələsi başlayıb.
ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təlimlər çərçivəsində Cənub Hərbi Dairəsinin raket birləşmələri "İsgəndər" operativ-taktiki raket kompleksinin buraxılışı üçün hazırlıqları məşq edir.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, ölkənin Aerokosmik Qüvvələrinin aviasiya bölmələrinin şəxsi heyəti də aviasiya silahları, o cümlədən hipersəs raketlərlə təlimlərdə iştirak edir.