İyunda neçə gün evdəyik?

İyunda qeyri-iş günlərinin sayı məlum olub.
ONN media xəbər verir ki, bu, 2024-cü il üçün iş vaxtı normasında göstərilib.Bildirilib ki, 15 iyun Milli Qurtuluş Günü, 16-17 iyun Qurban bayramı, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq.Bununla da, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günləridir.Həmçinin, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd ediləcək.Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, iyunda 14 gün qeyri-iş günü olacaq.