İstanbulda bina çökdü- YARALILAR VAR

İstanbulda üçmərtəbəli yaşayış binası çöküb, dağıntılar altında qalanlar var.
Hadisə şəhərin Küçükçekmece rayonunda baş verib.
İstanbul valiliyindən verilən məlumata görə, indiyədək dağıntılar altından iki nəfər yaralı olaraq çıxarılıb.
Hadisə yerli vaxtla saat 08:40 (Bakı vaxtı ilə 08:40) radələrində baş verib.
***
İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altından 7 nəfər yaralı olaraq çıxarılıb, onlardan 2-nin vəziyyəti ağırdır.
Daha iki nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.
Hadisənin başvermə səbəbi hələ məlum deyil.
Yaşayış binasının 1988-ci ildə inşa olunduğu bildirilir.