Zakir Həsənov bu generala yüksək vəzifə verdi

Zakir Həsənov bu generala yüksək vəzifə verdi

Xüsusi Təyinatlı Qüvvələrə yeni komandan vəzifəsinə icraçı təyin edilib.

ONN media xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, XTQ komandanı vəzifəsinin icrası general-mayor Akif Pirverdiyevə həvalə edilib. Bu təyinatadək A.Pirverdiyev XTQ komandanın Maddi Texniki Təminat üzrə müavini olub.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin daha öncəki komandanı general-leytenant Hikmət Mirzəyev bir müddət əvvəl müdafiə nazirinin müavini - Quru Qoşunların Komandanı təyin edilib.

Geri qayıt