Müəllimlər üçün ŞAD XƏBƏR - Bu halda 1300 manat maaş alacaqlar

Bu gün ölkədə sertifikasiya imtahanından uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır.
ONN media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, belə müəllimlərin sayı 8 minə yaxındır. Bu il keçiriləcək sertifikasiya imtahanı nəticələrinə görə yeni tədris ilində 20 mindən çox şəxsin müəllim sırasına qoşulması nəzərdə tutulur.