Türkiyədə zəlzələ oldu

Türkiyənin Adıyaman şəhərinin Çelikhan sahillərində 4,3 maqnitudalı zəlzələ olub.
ONN media xəbər verir ki, bu barədəTürkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Təbiət hadisəsi yerli vaxtla 13:47-də qeydə alınıb.
Yeraltı təkanların episentri 11,24 km dərinlikdə olub.