Türkiyədə yenidən zəlzələ baş verdi

Türkiyənin Qəhrəmanmaraş şəhərində 4,3 maqnitudalı zəlzələ olub.
ONN media xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarəolunması Agentliyi bildirib.
Məlumata görə, yerli vaxtla saat 06:31-də (Bakı vaxtı ilə 07:31) qeydə alınmış zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Yeraltı təkanların episentri Göksun rayonunda olub.
Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.