İrəvanın mərkəzində müxalifət mitinqi başlayıb

İrəvanın mərkəzində müxalifət mitinqi başlayıb

Ermənistanın paytaxtı İrəvanın Respublika Meydanında müxalifətin növbəti mitinqi başlayıb.

On minlərlə insanın iştirak etdiyi aksiyanın yayımını yerli xəbər portalları aparır.

Etiraz hərəkatının tərəfdarları üç istiqamətdən paytaxtın mərkəzi meydanına yürüş ediblər.

Qeyd edək ki, meydanda və hökumət binası ətrafında xeyli sayda polis qüvvələri cəmləşib

Geri qayıt