Küveytdə ölənlərin sayı artdı
Küveytin cənubundakı Manqaf şəhərində yaşayış binasında baş verən yanğında azı 49 nəfər ölüb.
ONN media xəbər verir ki, Küveyt hökuməti başçısının birinci müavini Şeyx Fəhd Yusef Səud əs-Sabah hadisənin bütün detalları müəyyənləşdirilənə qədər binanın sahibinin saxlanılacağına söz verib.
Qeyd edək ki, hadisə yerli vaxtla səhər saat 6:00-da baş verib.
