İranda xəstəxanada yanğın baş verib

İranın Rəşt şəhərinin Qaim xəstəxanasında güclü yanğın baş verib.
ONN media xəbər verir ki, bu barədə Rəştin Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Tağı Aşubi məlumat yayıb.
O bildirib ki, yerli vaxtla səhər saat 01:30-da baş verən hadisə nəticəsində 9 nəfər ölüb.
“Ölənlərin 8-i xəstəxananın reanimasiya bölməsində müalicə olunan xəstələrdir”.
Yanğının səbəbləri açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.