Ermənistan Fransandan artilleriya sistemi alıb

Ermənistan Fransandan artilleriya sistemi alıb

Ermənistan Fransadan 36 ədəd "SEZAR" özüyeriyən artilleriya sistemi alıb.

ONN media xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson "X" sosial şəbəkəsində yazıb.

"Bu silahlar yaxın 15 ay ərzində onlara çatdırılmalıdır", - deyə Buisson qeyd edib.

Qeyd edək ki, İrəvan və Parisin SEZAR özüyeriyən haubitsalarının tədarükünə dair müqavilə imzalaması faktını daha əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu açıqlamışdı.

Geri qayıt