Bakıda zəncirvari yol qəzası baş verib

Bakının Yasamal rayonu ərazisində zəncirvari yol qəzası baş verib.
Bildirilib ki, Yasamal ərazisində “Prius”, “Range rover” markalı avtomobilləri toqquşub. Daha sonra “hyundai elantra” maşına çırpılıblar.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilib.
Əraziyə təcili yardım həkimləri və polis əməkdaşları cəlb olunub. Yolda böyük tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır