PSJ Mbappenin borcunu ödəmir

PSJ Mbappenin borcunu ödəmir

PSJ-nin keçmiş hücumçusu Kilian Mbappeyə təxminən 100 milyon avro borcu var.

ONN media xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.

Bildirilir ki, Paris klubu 25 yaşlı fransalıya 2024-cü ilin aprelindən nə maaş, nə də bonus ödəyib. Qeyd olunur ki, Mbappenin vəkilləri artıq PSJ-yə rəsmi sənəd göndərərək futbolçuya lazım olan pulun ödənilməsini tələb ediblər.

Qeyd edək ki, Mbappe bu yay PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi “Real”a keçib.

Geri qayıt