Ölən zəvvarların sayı yenidən artdı

Ölən zəvvarların sayı yenidən artdı

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı 1,3 mindən çox zəvvar dünyasını dəyişib.

ONN media xəbər verir ki, krallığın səhiyyə naziri Fəhd bin Abdel Rəhman əl-Cəlajel bildirib.

“Həcc ziyarəti zamanı ölənlərin sayı 1301 nəfər olub, onların 83%-nin müvafiq vizası olmayıb”, - deyə nazir “Əl-İxbariyyə” dövlət telekanalında bildirib.

Bundan əvvəl ölən zəvvarların sayının 1,1 mini keçdiyi bildirilirdi.

Geri qayıt