Bu şəxslərlə bağlı sərəncam imzalandı- AZAD OLUNSUN!

Azərbaycan Respublikasının Silhalı Qüvvələrinin iki generalı tutduqları vəzifədən azad olunaraq ehtiyata buraxılıblar.
ONN media xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.
Onlar Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminovdur.
Məlumatı Müdafiə Nazirliyindən təsdiqləyiblər.
Qeyd edək ki, “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş Zakir Ağayevə 2022-ci ildə general-leytenant rütbəsi verilmişdi.