AVRO-2024: Bu gün 1/4 finalın son oyunları keçiriləcək

Bu gün AVRO-2024-də 1/4 finalın son oyunları keçiriləcək.
ONN media xəbər verir ki, günün ilk matçı saat 20:00-da Düsseldorfdakı "Esprit Arena"da İngiltərə və İsveçrə komandaları arasında olacaq.
1/4 finalın son qarşılşamasında Türkiyə millisi Niderlandla üz-üzə gələcək. Berlindəki Olimpiya stadionunda baş tutacaq oyunun start fiti saat 23:00-da səslənəcək.
AVRO-2024
1/4 final
6 iyul
20:00. İngiltərə - İsveçrə
Baş hakim: Daniele Orsato (İtaliya).
Düsseldorf, "Esprit Arena".
23:00. Niderland - Türkiyə
Baş hakim: Klement Turpin (Fransa).
Berlin, Olimpiya stadionu.