Şuşaya işləməyə gedən 2 nəfər qəzaya düşdü

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
ONN media xəbər verir ki, hadisə zamanı minik avtomobili traktorla toqquşub.
Qəza nəticəsində minik maşınında olan 40 yaşlı O.Əliyev və 23 yaşlı B.Bayramov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edilib ki, hər iki şəxs Şuşa şəhərinə işləməyə gedirmiş.