"Qarabağ"-"Linkoln" qarşılaşmasının uğursuzunun mümkün rəqibi bəlli olur

"Qarabağ"-"Linkoln" qarşılaşmasının uğursuzunun mümkün rəqibi bəlli olur

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

ONN media xəbər verir ki, mərasimdə Azərbaycan çempionu "Qarabağ"-"Linkoln" qarşılaşmasında uğursuzunun da mümkün rəqibi bəlli olacaq. II təsnifat mərhələsi hələ başlamadığı üçün püşkatmada əsasən cütlər iştirak edəcəklər.

Çempionluq yolunda Çempionlar Liqasının 12 cütünün məğlubu mübarizə aparacaq. Əsas yolda isə Avropa Liqasının II təsnifat mərhələsinin 9 qalibi və mübarizəyə yeni qoşulacaq 3 komanda iştirak edəcək.

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Çempionlar yolu

Səpələnmişlər

"Linkoln" - "Qarabağ" cütünün məğlubu

"Şemrok Rovers" - "Sparta" cütünün məğlubu

"Malmö" - "Klaksvik" cütünün məğlubu

"Bodo Qlimt" - RFŞ cütünün məğlubu

"Styaua" - "Makkabi" (Təl-Əviv) cütünün məğlubu

"Ferentsvaroş" - TNS cütünün məğlubu

Səpələnməmişlər

"Lüdoqorets" - "Dinamo" Mn cütünün məğlubu

APOEL - "Petrokub" cütünün məğlubu

"Panevejis" - "Yagellonya" cütünün məğlubu

"Santa Koloma" - "Midtulland" cütünün məğlubu

PAOK - "Borats" cütünün məğlubu

"Selye" - "Slovan" cütünün məğlubu

Əsas yol

Səpələnmişlər

"Ayaks" - "Voyvodina" cütünün qalibi

"Braqa" - "Makkabi" PT cütünün qalibi

"Molde" - "Silkeborq" cütünün qalibi

"Viktoriya Plzen"

"Visla" - "Rapid" cütünün qalibi

"Şerif" - "Elfsborq" cütünün qalibi

"Dinamo Kiyev" - "Partizan" cütünün məğlubu

Səpələnməmişlər

"Rujomberok" - "Trabzonspor" cütünün qalibi

"Kilmarnok" - "Serkl Brügge" cütünün qalibi

"Hunedoara" - "Riyeka" cütünün qalibi

"Panatinaikos" - "Maribor" cütünün qalibi

"Servett"

"Krivbass"

"Luqano" - "Fənərbağça" cütünün məğlubu

Qeyd edək ki, bu raundun görüşləri avqustun 8-də və 15-də keçiriləcək.

Geri qayıt