Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Səhər bəzi şəhərətrafı ərazilərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.

Geri qayıt