Türkiyə XİN Azərbaycana təşəkkür etdi

Türkiyənin Xarici İşlər Nazirliyi meşə yanğınlarındakı köməyə görə Azərbaycana təşəkkür edib.
ONN media xəbər verir ki, bununla bağlı Türkiyə XİN X hesabında paylaşım edib.
“Ölkəmizdə meşə yanğınlarının söndürülməsi işlərinə verdiyi dəyərli dəstəyə görə Can Azərbaycana təşəkkür edirik”, - paylaşımda qeyd olunub.