“Meymun çiçəyi” kabusu davam edir - Daha bir ölkədə aşkarlandı

“Meymun çiçəyi” kabusu davam edir - Daha bir ölkədə aşkarlandı

Son vaxtlar “meymun çiçəyi” virusunun sürətlə yayılması dünyada böyük panikaya səbəb olub.
ONN media xəbər verir ki, Afrikadan Avropaya yayılan “meymun çiçəyi” İsveçdə, BƏƏ-də, Pakistanda, ən son isə Filippində aşkarlanıb.
Bu virusun siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən keçdiyi deyilir. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın başlıaca yayılma səbəblərindəndir.
İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur. Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül formada keçir və bir neçə həftə ərzində sağalır.
Qeyd edək ki, artıq xaricdən Azərbaycana “meymun çiçəyi” xəstəliyi zamanı istifadə edilən bir sıra dərman vasitələri gətirilib.

Geri qayıt