İranda avtobus qəzaya uğrayıb, 35 zəvvar ölüb

İranda avtobus qəzaya uğrayıb, 35 zəvvar ölüb


İranın Yəzd əyalətində pakistanlı zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində 35 nəfər ölüb, daha 15 nəfər yaralanıb.

ONN media xəbər verir ki, bu barədə İran hüquq-mühafizə qüvvələrinin yol polisinin rəhbəri, general Teymur Hoseyni bildirib.

Məlumata görə, hadisə avqustun 20-də axşam saatlarında baş verib. Avtobus Pakistandan İraqa gedirmiş.

Qəzaya səbəb kimi əyləc sisteminin texniki nasazlığı göstərilib.

Geri qayıt